25 April, 2008

Bloquma xoş gəldiniz!

Hər kəsə salamlar! Sizi yeni bloqumda salamlayıram. Mən əsasən ingilis dilində yazdığım başqa bir bloqum var, orada diqqətimi çəkən və sizin də diqqətinizi çəkə biləcək hər şey haqqında yazıram. Bu bloq açmaqda məqsədim isə sırf azərbaycanca yazmaqla yanaşı, həm də spesifik və nisbətən dar mövzuya dair fikirlərimi yenə də spesifik auditoriya ilə bölüşməkdir. Yəni, mıs-mısın Mustafasın desək, bu bloq mənim 2003-cü ildən başlayaraq üzvü olduğum Xəzər İntellektual Klubunun fəaliyyətinə, mənim oradakı fəaliyyət və təəssüratlarıma, eləcə də azərbaycandilli nə?harada?nə zaman? icmasının maraqlarına, bir sözlə intellektual həyatımızın müxtəlif aspektlərinə həsr olunub. Lakin onu da yaddan çıxarmayın ki, burada verilən bütün yazılar və mövqelər sırf mənə aiddir və heç bir halda klubun rəsmi mövqeyini ifadə edə bilməz! Buyurun, bloq ixtiyarınızdadır və fikirlərinizi də şərh formasında izhar etməkdən çəkinməyin! Əgər mənimlə daha yaxından tanış olmaq və başqa yazılarımı da izləmək istəyirsinizsə onda əsas bloquma da baş çəkin! Necə deyərlər, ya siftə!

No comments: