26 April, 2008

Elan: Masters-2008

Diqqət! Diqqət!

Hamı Masters-2008 turnirinə!

Bu bazar günü 27 Aprel 2008-ci il, Slavyan Universitetinin bufetində Xəzərin fərdi oyun ustaları arasında Masters-2008 turniri keçiriləcək.

Oyunda Xəzər klubunun Fo ustaları (dəfələrlə Fo turnirlərinin qalibi olmuş şəxslər) iştirak edir. İştirakçıların siyahısı: Oktay Məhərəmov, Rüfət Abdulla, Tural Dadaşov, Fədai Məmmədov, Rsf Hsynv və bəndəniz mən Ə.N..

Oyunda iki üçlük olacaq və bu üçlüklər kor püşkatma ilə müəyyən ediləcək. Hər iki üçlüyün qalibləri və hər iki üçlüyün ən yaxşı ikinci yeri final mərhələsinə vəsiqə qazanır. Qalib Xəzər klubunda "FO magistrı" elan edilir. Bu titul onda növbəti Masters turnirinə qədər qalır.

Üçlüklərin oyununda hər biri 5 sualdan ibarət olmaqla 12 mövzu (xallar iki dəfə artımla), finalda isə 18 mövzu (xallar üç dəfə artımla) oynanılır. Sualların müəllifi: Orxan Cəlilov (red.) və Fuad Eminovdur. Oyunun aparıcı Cəlilov Orxandır.

İlk sual Aprelin 27-si saat 11:30-da gecikən iştirakçıları gözləmədən oxunacaq, buna görə də bütün iştirakçılar püşkatmada iştirak etmək və qaydalarla tanış olmaq üçün ən geci saat 11:15-ə qədər oyun keçirilən yerdə olmalıdırlar.

HÖRMƏTLİ XƏZƏRLİLƏR! OYUN HAMI ÜÇÜN AÇIQDIR, BÜTÜN FANATLAR VƏ TAMAŞAÇILAR BUYURUB GƏLƏ BİLƏR. ƏGƏR SİZ İLİN TİTANLAR SAVAŞINI QAÇIRMAQ İSTƏMİRSİNİZSƏ TƏLƏSİN VƏ ÖZÜNÜZÜN FAVORİTİNİZƏ MƏNƏVİ DƏSTƏK OLUN!!!

Hörmətlə Masters-2008 Təşkilat komitəsi

No comments: