28 April, 2008

Masters-2008: ilkin nəticələr

Beləliklə də Masters-2008 turnirinin birinci mərhələsi başa çatdı. Final mərhələsinə Oktay Məhərrəmov, Rusif Hüseynov və Fədai Məmmədov vəsiqə qazandı. Final oyunu ilkin məlumatlara görə mayın 4-də olacaq. Detallar sonradan dəqiqləşdiriləcək.

İndi isə bir qədər oyun barədə. İlk olaraq bir qrup iştirakçı və tamaşaçının qarşısında püşkatma prosesi keçirildi. Fədai, Emil T və Əlvan Abdulla hərəsi ümumi səbətdən bir ad çıxardı: müvafiq olaraq Oktayın, Turalın və bəndəniz mənim adımı. Bununla da birinci üçlük formalaşdı. İkinci üçlüyə isə Rusif, Fədai və Rüfət Abdulla qaldı.

Orxan Cəlilov gözlənilənlərin (və öz dediklərinin) əksinə olaraq nisbətən dar mövzular hazırlamışdı. 12 mövzuluq oyun əsasən yapon süjetləri və futbol çempionatları ilə yadda qaldı. Oyun göstərdi ki, Tural Dadaşov formada deyil, FO məsələsində korşalıb, Əli Novruzovun oyun taktikası isə mənasız risklərə getmək və mənalı risklərə getməməkdən ibarətdir. Oktayın oyunundan isə o məlum oldu ki, öz sürətini qoruyub saxlaya bilib. Yeri gəlmişkən, gözlənilənlərin əksinə olaraq Azərbaycan tematikasında Tural və Əli deyil, məhz Oktay yaxşı oynadı.

Oyunun nəticəsinə əsasən Oktay +510 xalla birbaşa finala çıxdı. Əli Novruzov +180 ilə rezervdə qaldı -30 xalla turnirə əlvida deyən Turaldan fərqli olaraq, bəndənizin turnirdə sonrakı iştirakı ikinci üçlüyün ikincisinin “performasından” asılı idi.

Beləliklə, ikinci üçlük daxil oldu oyun zalına və deja vü baş verdi. Bir dəfə də klubda olduğu kimi Fədai və Rusif gözəl oyun nümayiş etdirərək Rüfət Abdullanı üçüncü yerə sıxışdırdılar. Oyundan o da məlum oldu ki, Rüfət öz sürətini itirib (hər halda bir çox hallarda Rusifə sualları uduzurdu). Rusif isə həm sürətdə, həm də bilikdə əlavə edib. Fədai nisbətən passiv idi.

Zaldakıların bir çoxunun şokuna, bir çoxunun da gözləntisinə cavab olaraq, Rüfət çox pis nəticə göstərərək turnirə əlvida dedi (+50). Rusif +420 xal ilə üçlüyün qalibi və turnirin ikinci finalçısı oldu. Fədai isə +200 xalla hər iki üçlüyün ən yaxşı ikincisi kimi finalçıların üçüncüsü olmaq hüququnu qazandı. Beləliklə bəndəniz də turnirə əlvida dedi.

Beləliklə, üç finalçı – Oktay, Rusif və Fədai gələn həftə finalda yanaşı gələcəklər (qarçı-qarşıya ifadəsini işlədə bilmirəm çünki FO-da iştirakçılar yalnız aparıcı ilə qarşı-qarşıya gəlirlər).

Maraqlı haşiyə: Həm bu yaxınlarda keçirilmiş tələbələr arasında rusdilli FO-da, həm də Masters-2008-də bəndəniz cəmi 20 xal fərqi ilə uduzub, özü də ikisində də finala çıxmamış, elə astanada!

P.S.: Bu postda nə qədər “beləliklə” sözünü işlətmişəm! Dəhşət!

Əlavə: Oyunçuların yekun xallarına görə yerləri (bütün oyunçular eyni sualları oynayıb)
1. Oktay (+510)
2. Rusif (+420)
3. Fədai (+200)
4. Əli (+180)
5. Rüfət (+50)
6. Tural (-30)

No comments: