05 May, 2008

Masters-2008 bitdi: nəticələr

Dünən Xəzər klubunda mötəbər Masters-2008 turniri başa çatdı. Turnir gərgin mübarizə şəraitində keçməklə bərabər, həm də surprizlərlə dolu idi, amma mənim üçün yox. Çünki, bəndəniz ta əvvəldən deyirdi ki, RSF HSYNV ilə Fədai bir üçlükdə olanda onları udmaq mümkün deyil: dokazano dvajdi Rufatom, indi isə qarantirovano Oktayom!

Necə ki, yarımfinalda Rüfət Abdulla gənc diplomatlara açıq fərqlə məğlub olmuşdu, eyni ssenari ilə finalda Oktay müəllim də onlara duruş gətirə bilmədi. Fədai +850 ilə klubun ilk Fərdi oyun magistri adını qazandı. Oktay mlm +120 xal, RSF HSYNV ilə təqribən +340 civarında (günahkaram, kağızları yaddan çıxarıb Atəşgahda qoymuşam).

Suallar bu dəfə normal və bir qədər əhatəli idi, amma sual müəlliflərindən olan Fuad Eminovu qəzəbli kütlənin linçləmə əməliyyatından bəndəniz çətinliklə qurtara bildi.

Oyundan qabaq bəndənizin Oktayı xəbərdarlığı ("over self-confident" olması barədə) Oktay tərəfindən qulaq ardına vuruldu. Həqiqətən də oyun zamanı məlum oldu ki, Oktay mlm elə birinci raunddaca sürətlə mənfilədikdən sonra özünü itirdi və bir daha "recover" ola bilmədi. Rusif də eyni problemə ("over self-confidence") düçar olmuşdu deyə bilərik. Hər halda sakit, eytiyatlı və praqmatik oyun oynayan Fədai cəmi üç dəfə mənfi vurmaqla 200 xal itirsə də oyunun gedişində özünü ələ ala bildi və bununla da qalib gəldi.

Təşkilatçılar səmimi qəlbdən Fədaini bu qələbəsi və Fərdi Oyun Magistri adını alması münasibəti ilə təbrik edir, ona gələcək oyunçu karyerasında yeni-yeni uğurlar arzu edir.

Eyni zamanda bütün sual müəlliflərinə və yarımfinallar zamanı təşkilatçıları texniki köməklə təchiz etmiş Rüfət Abdullaya, qiymətli vaxtını bizə ayıran tamaşaçılara və oyunlarını bizə görə bir qədər gec başlayan komandalara, xüsusən də Diplomat, Heqzaqon və Kiplotriumf'a minnətdarlığımızı bildiririk

Məğlublara və tamaşaçılara, FO həvəskarlarına isə onu deyirik ki, bu yaxında sizi ən azı iki yeni FO gözləyir - Sakit Əlinin Azərbaycan musiqisinə həsr edilmiş tematik Fo-su və bəndənizin zarafatla "Əxi-2008" adını almış (Masters-2008-in antipodu kimi) Fo-su.

Necə deyərlər, oyunçu aparsın!

1 comment:

Rufus said...

"Əxi-2008" ifadəsi üzərində müəlliflik hüquqlarım qorunur :-)