12 May, 2008

Policy Memo: Xəzər klubu ilə bağlı təkliflər

Policy Memo:
Şənbə, 10 May 2008

Xəzər İntellektual Gənclər Klubunda dövrə oyunlarının və çempionatların təşkil edilməsi və sair idarəçilik məsələlərinin təkmiləşdirilməsi barədə təkliflər

Əli S. Novruzov

Mündəricat
• Dövrə oyunlarında liqalara bölgünün təkmilləşdirilməsi və sualların keyfiyyətinin yaxşılaşdırılması barədə
• Apelyasiya prosedurunun təkmilləşdirilməsi barədə
• Məktəb liqasına münasibətdə Xəzərin siyasətinin dəyişdirilməsi barədə
• Turnir və yarışların, kubok və çempionluqların keçirilməsi qaydalarına və saylarına müəyyənlik gətirilməsi barədə
• Xəzərin maliyə vəziyyətinin yaxşılaşdırılması barədə

Dövrə oyunlarında liqalara bölgünün təkmilləşdirilməsi və sualların keyfiyyətinin yaxşılaşdırılması barədə

Axır vaxtlar dövrə oyunlarında sualların keyfiyyətinin aşağı düşməsi müşahidə olunur ki, bu da özünü qeyri‐korrekt faktlar əsasında sualların yazılması, dual və ya kolomna sualların çoxluğu, eləcə də nə harada nə zaman oyununda breyn‐rinq formatlı sualların və ya sırf fakt suallarının dominantlığında özünü bürüzə verir.

Sualların keyfiyyətinin aşağı düşməsində əsas səbəb ondan ibarətdir ki, bir çox, xüsusən də gənc aparıcı komandalar sual yazma vərdişlərinə malik deyillər. Eyni zamanda yuxarı liqada yerlərin həddən artıq çox olması və bu yerlərin sayına münasibətdə Xəzərdə təcrübəli komandaların mhdudluğu ona gətirib çıxarır ki, oyun aparmaq səriştə və təcrübəsinə sahib olmayan bir çox gənc komandalar hələ sözügedən səriştə və təcrübəyə yiyələnmədən apaıcılıq etməyə və sual yazmağa məcbur olurlar. Nəticədə bu cür komandaların əsas məqsədi heç də keyfiyyətli sual yazmaq yox, məhz bu ağır məsuliyyətdən bacardıqca tez yaxasına qurtarmaq olur.

Ona görə də yuxarı liqadakı yerlərin sayının azaldılması (dörd‐beş yerə endirilməsi) məsləhət görülür ki, bunun nəticəsində oyun aparan komandaların sayı ilə Xəzərdə bu sahədə təcrübəyə malik komandaların sayı arasındakı uyğunsuzluğ aradan qaldırmaq olsun. Bu cür dəyişiklik aşağıdakı nəticələrə gətirib çıxara bilər:

1. Aparıcılıq və sual müəllifliyi müstəsna olaraq
bu sahələrdə lazımı təcrübəsi olan
komandaların əlində cəmləşəcək ki, bu da
sualların ümumi keyfiyyətinin qalxmasına kömək
edəcək Səriştəsiz və təcrübəsiz gənc
komandalar isə yuxarı liqaya düşüb bu
səlahiyyətləri əldə edənə qədər lazımi
təcrübə toplaya biləcəklər.

2. Yuxarı liqadakı yerlərin sayının azalması yuxarı
liqaya düşmək üçün müsabiqənin şərtlərini
çətinləşdirəcək ki, bu da Xəzərdə rəqabətin
artmasına səbəb olacaq. Xüsusilə də, yuxarı
liqadakı yerlərin bu cür məhdudluğu hər
dövrədə hansısa təcrübəli və güclü komandanın
ikinci liqada iştirakına səbəb olcaq ki,
bu da rəqabəti alovlandıran əlavə faktor
rolunu oynayacaq.
Xəzərdə yuxarı liqada yerlərin sayının azaldılması ancaq qısa müddət üçün və ancaq ümumi yaxşılaşma gətirəcək. Ona görə də sualların daim keyfiyyətli olmasını təmin etmək üçün sualların sayını 25‐dən 24‐ə azaldılması, paketdə ən azı üç şəxsin suallarının olması və bir şəxsin suallarının 50%‐dən çox olmaması qaydasını tətbiq etmək məsləhətdir. Paketdəki sual müəlliflərinin sayı nə qədər çox olacaqsa sualların fərqliliyi və keyfiyyəti bir o qədər artacaq. Eyni zamanda bir şəxsin suallarının paketdə dominantlığına son qoyulması bu

Sualların keyfiyyətinin yaxşılaşdırılması metodlarından biri kimi isə komandaların bir kənar redaktor və ya reviewer tutması mələhətli olardı. Bu zaman həmin kənar redaktor sualları nəzərdən keçirər, öz təklif və düzəlişlərini edər və çatışmazlıqların aradan qaldırılmasında komandaya kömək edərdi. Bu cür kənar redaktorlara klubun gündəlik fəaliyyətində iştirak
etməyən, lakin onun çoxdankı üzvlərindən olan Tural Eyvazov, Mürşüd İsmayılzadə kimi bilicilər aid ola bilər. Bu biliciləri Xəzər klubu deyil, komandaların özləri tapması və hər komandanın ayrıca öz bilicisi olması daha məqsədə uyğun olardı.

Apelyasiya prosedurunun təkmilləşdirilməsi barədə

Xəzərdə apelyasiyalar çox vaxt qərəzli, subyektiv və maraqlı ola bilir, eyni zamanda apelyasiyalara baxanların obyektivliyi barədə şübhələrə həmişə yer qalır. Ona görə də Apelyasiyalara baxılması zamanı Xəzərdə həmin oyunda oynamış və ya oyunu aparanların xidmətindən deyil, kənar bilicilərdən istifadə edilməsi məsləhətdir.

Bunun üçün şikayətçi komanda öz şikayətini elektron variantda qələmə almalı və həmin şikayət klub rəhbərliyi tərəfindən sualın ətni ilə birlikdə həmin kənar biliciyə (və ya bilicilərə) göndərilməlidir. Sualın baxılmaq üçün kimlərə göndərilməsi isə nə şikayətçilərə nə də sual müəllifləri və digər maraqlı tərəflərə bildirilməməldir ki, təzyiqlər və tanışlıqlar olmasın.

Bundan əlavə şikayətçi komanda apelyasiya verərkən hər apelyasiya üçün girov qoymalıdır. Bu girov böyük məbləğdə və geriyə qaytarılan (məs., 5 AZN), yaxud da kiçik məbləğdə amma geriyə qaytarılmayan (məs, 1‐2 AZN) olmalıdır. Bu pullar klubun büdcəsinə getməli və beləliklə həm lazımsız apelyasiyaların qarşısını almaqla yanaşı, həm də klubun maliyə vəziyyətini yaxşılaşdırmalıdır.

Məktəb liqasına münasibətdə Xəzərin siyasətinin dəyişdirilməsi barədə

Uzun müddət Xəzər klubu özünün məktəb liqasını saxlayıb, bir çox xəzərlilər məhz məktəb liqasının yetişdirməsidir və məktəblilərin intellektual potensialının üzə çıxarılmasında Xəzər lubunun 5 ildən çox təcrübəsi var. Lakin etiraf etmək lazımdır ki, bu gün reallıq dəyişib.

Birincisi Xəzər klubu artıq Bakı Dövlət və sair universitetlərdən məkan kimi istifadə etmir, deməli (a) yer tapmaq və oyun keçirmək üçün maliyə tapmalı və pul xərcləməli olur; və (b) bir vaxtlar məktəbliləri cəlb edəcək gurultulu adlardan və cazibəsindən (məsələn, Bakı Dövlət) məhrum olub.

Üstəlik məktəblilərin dərs proqramlarının çətinləşməsi yuxarı sinif şagirdlərinin intellektual həyata qoşulmasına mane olur (sınaq imtahanları, hazırlıqlar və ildə dörd dəfə keçirilən attestat imtahanları), aşağı sinif şagirdləri isə adətən bu oyunlara qısa müddətli maraq göstərir və ya tam iştirak edə bilmir (məs., valideynlərin icazəsi, gəlib‐getmə problemi). Eləcə də aşağı sinif şagirdləri yuxarı siniflərə keçdikcə sözü gedən məktəb proqramının çətinliyinə görə oyunları bir daha tər edirlər.

Həmçinin Xəzərin insan və maliyə resurslarının azlığı əlavə olaraq Məktəb Liqasının saxlanmasını da klub üçün ağır yükə çevirir Həmçinin Məktəb liqasındakı komandalar və oyunçular əsas liqalardakılardan fərqli olaraq adətən daimi deyillər. Buna görə də hər dəfə yay tətilindən sonra Məktəb liqasını demək olar ki, sıfırdan başlamaq lazım gəlir.

Xəzərdə resursların azlığı ona gətirib çıxarır ki, klubun diqqətinin bir hissəsinin məktəb liqasına yönəlməsi, əsas liqalar və əsas oyunlar üzərində diqqəti azaldır. Məs, Məktəb liqasının oyunları səbəbindən son vaxtlar klubda FO, erudit‐kvartet kimi oyunları keçirmək çətinləşir (yer problemi), halbuki bütün klubun oynaya biləcəyi yarışlar təxirə salınır məhz ona görə ki, məktəb liqasında dörd, əsasən natamam komanda oyun oynayacaq.

Üstəlik, məktəblilərin ayrıca liqaya yığılması onlarda bir növ kiçik qardaş hissi yaradır. Halbuki, onlar da özlərini klubun bərabər hüquqlu üzvlərindən hesab etsələr, məncə bu, daha çox məktəblinin oyunlara cəlb edilməsinə əlavə stimul ola bilər.

Bu səbəblərdən Məktəb liqası ilə bağlı aşağıdakı təklifləri həyata keçirmək məqsədəuyğun olardı:

1. Məktəb liqasını bir münfərid bir liqa
kimi ləğv edərək, onları üçüncü liqa
kimi əsas oyuna inkorporasiya etmək.
Məktəblilər də əsas oyunda hamının oynadığı
sualları oynayacaq, lakin fərq onda olacaq
ki, bu liqadan yuxarıya, ya da ikinci
liqadan buraya heç bir yerdəyişmə olmayacaq.
Sadəcə bütün məktəb komandaları oyun zamanı
üçüncü liqaya qeydiyyatdan keçəcək. Bu zaman
əldə dilən nəticələr: (a) FO,
erudit‐kvartet və sair yan oyunlar üçün
yer məkanının həll olunması, (b) məktəblilər
üçün hər həftə yeni suallar tapmaq
probleminin aradan qalxması, (c) Məktəb
liqasında
Sizif əməyi ilə məşğul olan
könüllülərin daha produktiv işlərə cəlbi, (d)
Məktəblilərin özlərini kiçildilmiş hiss
etmələrinə son qoyulması və onların klub
üzvləri ilə bərabər hüquqlu olması
barədə təəsüratlarının gücləməsi ki, bu özü
də yeni məktəblilərin kluba cəlb
edilməsinə əlavə stimul ola bilər.


2. Bununla belə, məktəblilərlə fərdi işləri dayandırmamaq
və mütəmadi olaraq məktəblilər arasında
turnirlər keçirmək. Hər dövrənin sonu
məktəblilərin ən yaxşısını mükafatlandırmaq.
Turnir və yarışların, kubok və çempionluqların keçirilməsi qaydalarına və saylarına müəyyənlik gətirilməsi barədə

Xəzər klubu turnir və çempionluqların təşkili və keçirilməsində böyük təcrübəyə malik olsa da çox təəssüf ki, bu tədbirlərin həyata keçirilməsi daha çox nizamlı deyil, xaotik xarakter daşıyır. Bunun da nəticəsində Xəzərdə müxtəlif və adları və vaxtları tez‐tez dəyişən turnirlər cədvəli və tarixi formalaşıb ki, bunların da içində mötəbər ənənə halını almış turnir tapmaq çətindir.

Məsələn, İqtisadçı klubu Xəzərdən gənc və bəlkə də onun törəməsi olsa da onun İstiqlaliyyət Kuboku artıq ənənə halında formalaşır ki, Xəzərdə belə analoqlara çətin ki, rast gəlmək olsun. Faktiki olaraq klubun əsası qoyulan ildən bəri keçirilməsi ənənə halını almış belə bir turnir yoxdur.

Ona görə də məsləhətli olardı ki, Xəzər klubu özünün “kanon” turnirlərinin siyahısını qəti olaraq müəyyənləşdirsin ki, bu turnirlər hər il və istənilən halda keçirilsin. Məsələn belə kanon turnirlərə Çağırış Kuboku, Prezident kuboku və ya Xəzər kuboku kimi turnirləri aid etmək olar. Əslində bu cür kanon turnirləri ildə iki dəfə (biri yazda, digəri payızda) təşkil etmək, digər vaxtlarda isə qeyri‐kanon turnirlər (məs., Trend kuboku) keçirmək olar.

Çoxsaylı, lakin nizamsız turnirlər keçirmək əvəzinə azsaylı, lakin nizamlı turnirlər keçirmək həm Xəzərin maliyə vəziyyətinə müsbət təsir göstərər, həm də klubda sabit ənənələrin bərqərar olmasına şərait yaradar. Lakin klub əgər fəaliyyətini gözəl təşkil etmək istəyirsə, o, ad hoc turnirlərə də kifayət qədər yer ayırmağı da unutmamalıdır.

Xəzərin maliyə vəziyyətinin yaxşılaşdırılması barədə

Xəzər Klubunun maliyə vəziyyətinin ağırlığı onun inkişafı yolunda başlıca əngəldir. Klubun bir çox problemlərinin həlli məhz onun maliyə vəziyyətinin normallaşdırılmasından keçir. Klubun fəaliyyəti göstərir ki, onun sırf üzvlərin hesabına maliyyələşməsi kifayət etmir. Klub öz maliyə problemlərini həll etmək üçün əlavə gəlir mənbəyi tapmalıdır.

Maliyə məsələləri barəsində tövsiyələr hazırlamaq və bu cür maliyə mənbələri tapmaq üçün klubda xüsusi qeyri‐rəsmi işçi qrupunun yaradılması bu işdə böyük kömək ola bilərdi. Bu işçi qrupunun fəaliyyəti əlavə gəlir üçün mənbələr və ya sponsorlar tapmaqla yanaşı, mövcud xərcləri azaltmaq və rasionallaşdırmaq və ya artırmaq yolları üzərində tövsiyələr hazırlamaqdan ibarət olmalıdır.

Bununla yanaşı, klubda apelyasiyaların ödənişli edilməsi kimi əlavə gəlir mənbələri yaratmaq, ianə toplamaq (xüsusən də işləyən üzvlərdən), bütün lazımsız xərcləri kəsmək (məsələn, məktəblilər istisna, dövrə oyunlarında qaliblərə mükafat və sertifikatların verilməsi kimi – mənə elə gəlir yuxarı liqa bu imtiyazlardan imtina edə bilər) yolları ilə maliyyə məsələlərini yüngülləşdirmək olar, lakin təbii ki, əsas məsələ kluba daimi sponsor tapmaqdan ibarət olacaqdır.

No comments: