28 June, 2008

Domino səs-küyündə kinomatoqrafdan fərdi oyun

Deyəsən iki həftə bundan qabaq idi, getmişdim Bakı Dövlətə - bizim Xəzər klubunun intellektuallarından bəziləri buraxılış işlərini müdafiə edəcəkdilər - onların müdafiəsinə baxım. Müdafiə necə keçdi, bu ayrı söhbətdir, bu haqda "O Olmasın, bu olsun"dakı Rza bəyi parafraz etsək, bloqəmdə nə qədər istəsən yazmaq olar, amma sözüm o deyil.

Müdafiədən sonra getdim uşaqlarla Tacirin çayxanasına, hansı ki, Bakı Dövlətin yanındadır və hansında ki, bizim Fədai və Elmdar kimi bəzi intellektuallarımız domino döyməyi xoşlayırlar, və təsəvvür edirsiniz nə oldu? Dominonun hər yeri başına götürmüş tappatarap səs-küyündə (bu dəfə bizim intellektuallar deyildi oynayan) kino mövzusunda fərdi oyun oynayırdıq, özü də rus dilində, Lümyer qardaşlarından və Sofi Lorendən tutmuş Zulu kinomatoqrafına qədər geniş bir mövzuda, üstəlik arada azərbaycan filmlərindən də maraqlı sualla olurdu.

Mən isə oyunun yarısında əsəbi-əsəbi deyirəm ki, bu nədi ye belə? Nə qədər kino olar? Başqa mövzudan suallar yoxdur? Mənə də uşaqlar deyir ki, bəs, bu kino svoyakıdı da, bilmirdin? Boynuma alıram, bilmirdim və bu azmış kimi məsələdən yalnız oyunun yarısında xali olmuşdum.

Çox başınızı ağrıtmayım, nəticələr: Kamal (360 xal), oyunun yarısı oynadı, digər yarısını isə Əlvanla Yaponustana oxumağa getmək barədə müzakirə aparırdı, bununla belə Fədai oyunun lap axırında onun rekordunu keçə bildi (380 xal). Bəndəniz 170 xal, oyunun ortalarında gəlib çıxan Orxan isə 120 xal. Sonra mən deyəndə ki, ay Rüfət, ay Oktay, biz qocalmışıq, zəifləmişik, cavanlarla bacara bilmirik, qəbul etmək istəmirlər, halbuki məni bu kino FO-sunda diri-diri yeyən bu cavanlar, onları da dəfələrlə FO-larda məğlub ediblər.

Bir sözlə, Rasim Qaraca demişkən, köhnəlirik. . .

No comments: