02 June, 2008

Dövrə oyununda oxuduğum suallar

İyunun 1-də növbəti dövrə oyunu oldu. Cihad - Dream-team oyununda aparıcılar və sual müəllifləri mən (11), Sənan (3 sual), Tural (2 sual), Çingiz (5 sual), Ramil (4 sual) idik. Burada öz oxuduğum sualları yerləşdirirəm. Mənbələr ən ümumi formada göstərilib. Buyurun.

1. Sual: Bir dəfə sual müəllifi populyar bir saytın Bolqar versiyasındakı düymənin üzərində “чувствам се късметлия” yazısını gördü. Bəs həmin saytın Azərbaycan versiyasında düymənin üzərində nə yazılıb?
Cavab: Mən xoşbəxtəm
Şərh: İngilis versiyasında “lucky”, bolqarca късметлия, yəni “qismətli”
Mənbə: google.com

2. Sual: Orxan Pamukun “Qara Kitab” əsərinin birinci bölümündə verdiyi epiqraf qəti olaraq bunu etməməyi məsləhət görür. Lakin Pamuk özü həmin kitabın istisnasız olaraq bütün bölümlərində bunu etməklə məşğuldur. Bəs bu nədir?
Cavab: Epiqraf vermək
Şərh: cavab həm də sualda verilib
Mənbə: Orxan Pamuk. Qara Kitab

3. Sual: 1879-cu ildə Peterburqda çıxan “Живописное обозрение” qəzeti, 13 il sonra isə Almaniyada nəşr edilən “Das Maqazin fur Literatur” jurnalı qeyd edirdilər ki, onun nəğmələri hətta tatar (Azərbaycan dilinə) də tərcümə olunub. Kimin nəğmələri?
Cavab: Mirzə Şəfi
Şərh: Burada açar söz nəğmələridir, ona görə də cavab Mirzə Şəfi olmalıdır, Bodenştedt yox. Çünki bu şeirlər Mirzə Şəfinin nəğmələri adlanır
Mənbə: Mirzə Şəfi Vazeh. Nəğmələr. B, 2004

4. Sual: Diqqət sualda üç əvəzetmə var. Emil Qaborio bir evin sakinləri və qonaqları haqqında yazırdı ki, əgər onlar hamısı eyni vaxtda bir yerə yığışsaydılar çay dəstgahı üçün partiya təşkil edə, minimal davamiyyətdə isə numizmatika və ya kiçik aksiyalarla məşğul ola bilərdilər. Bəs Qaborio onları hansı məşğuliyyət arxasında təsvir edirdi?
Cavab: Kart oyunu
Şərh: Əvəzetmələr müvafiq olaraq boston, imperial və piketdir
Mənbə: Emil Qaborio. Lerujun qətli.

5. Sual: Bir filmdə aşağıdakı epizod var: tez-tez yuxusunda onları yaddan çıxardığını görən bir haker yuxudan hölvnak qalxaraq panika içində onları təkrar edir. Əgər siz elə zənn edirsinizsə ki, Dalida və Alen Delon da məhz onlar haqqında duet oxuyurdu, onda siz sadəcə olaraq fransız dilini bilmirsiniz. Bəs söhbət nədən gedir?
Cavab: İnternet parollardan (şifrələrdən)
Şərh: Dalida və Alen Delonun oxuduğu mahnı “Paroles”, yəni “Sözlər” adlanır. Parole – fransızca söz deməkdir.
Mənbə: “Xottabıç” filmi və yuxarıda sözügedən mahnı.

6. Sual: İki həbsxana gözətçisinin iztirab və təşvişin cinayətkar üçün ən böyük cəza olması barədə söhbətinə qulaq asın. “Əgər sənin heç olmasa 10 minlik rentan olsa idi mən sənə deyərdim ki, Homburqa get və bütün var-dövlətini ya qırmızıya ya da qaraya tapşır. Şar fırlandıqca sən görərdin iztirab və təşviş necə böyük işgəncədir ki, hətta uduzanda belə bu işgəncənin bitməsinə görə sevinirsən” “Cənab Balan, sizin dediklərinizdən belə anlamaq olar ki, siz bunların hamısından keçmişsiniz” “Heyhat! İndi əgər mən sizə bu kiçik hücrənin qapısında kampaniya təşkil edirəmsə, buna görə biz mənim Anna Fedotovnaya hədsiz məhəbbətimə borcluyuq.” Diqqət sual: biz hansı ifadəni Anna Fedotovna sözləri ilə əvəz etmişik?
Cavab: Qaratoxmaq qadın
Şərh: Anna Fedotovna Puşkinin Qaratoxmaq qadın əsərində qoca qrafiniyanın adıdır.
Mənbə: Qaborio Emil. Lerujun qətli.

7. Sual: 1525-ci ildə Paviyada səslənmiş qanadlı ifadəyə əsasən itirilmişlərin arasında yalnız bu yox idi, 7 mart 1862-ci ildə Parisdə isə müstəntiqin qarşısına gətirilən qraf de Kommaren bunun da eyni aqibətə tuş gəldiyi bildirmək üçün həmin qanadlı ifadəni parafraz etmişdi. Bəs hər iki halda söhbət nədən gedirdi?
Cavab: Şərəf
Şərh: “Hər şey itirildi, şərəfdən başqa” (I Fransisk)
Mənbə: Qaborio Emil. Lerujun qətli.

8. Sual: DUPLET! (a) Deyirlər ki, ilk kitabları işıq üzü gördükdən sonra onlar öz yazıçı həmkarlarından içərisində 6 napoleon piroqu olan hədiyyə qutusu almışdılar. Bəs nəşr olunmuş kitabın adı nə idi? (b) 1927-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin müəyyən səbəblərdən baş tutmayan bir beynəlxalq şahmat turnirinin iştirakçılarının siyahısına qulaq asın: Steynits, Çiqorin, Alyoxin, Kapablanka. Bəs təşkilatçılara görə bu turnirin ən başlıca ulduzu kim olmalı idi?
Cavab: (a) “12 Stul” (b) Ostap Bender
Şərh: Основой сюжета романа послужил рассказ А. Конан-Дойла «Шесть Наполеонов», в котором драгоценный камень спрятан внутри одного из гипсовых бюстиков Наполеона. За бюстиками охотятся двое жуликов, один из которых перерезает другому горло бритвой
Mənbə: Ilf və Petrov. 12 stul

9. Sual: Ninso – Yaponiyada insanın taleyini onun simasından oxuma sənətinə deyirlər. Ninsoya görə insanın hər qətl etdiyi insan üçün simasına bir kiçik çapıq həkk olur. Bu məntiqlə də ən çox çapıq Zabitlərin, əsgərlərin və cəlladların simasında olmalıdır. Lakin bir kurtizankanın deməyinə görə həyatı boyu rastlaşdığı qorxunc çapıqlar onun bir ictimai evdə tez-tez rast gəldiyi fağır və sakit insanın simasında olub. Biz sizdən həmin şəxsin peşəsini soruşmuruq, siz bizə ictimai evin sakinlərinə onun hansı konkret xidməti göstərdiyini deyin
Cavab: O, abort edirdi
Şərh: O, həkim idi
Mənbə: Boris Akunin. Almaz cəng arabası. II Cild.
rekvizit

10. Sual: [rekvizit: Qarşınızda Xəlil Rzanın Az işlənən sözlər şeirindən fraqment vardır və orada Azərbaycan dilinin bir idiomu sizdən gizlədilmişdir.] Deyilənlərə görə, sizdən gizlədilmiş son iki sözlə bir şəxsin məşğul olması nəticəsində yaranan haldan çıxmaq üçün ən sonda Mus musculus-a müraciət etməli olmuşdular. Buraxılmış sözləri tapın.
Cavab: Başında turp əkmisən
Şərh: Baba turp əkdi nağılını yəqin ki, hamı bilir, Mus musculus isə ev siçanının elmi adıdır.
Mənbə: Xəlil Rza. Az işlənən sözlər.

rekvizit
11. Sual: [rekvizit] Plutarxa inansaq, bir məşhur ifadə əslində bu sözlərlə başlayırdı: “əgər başqa bir Yer olsa idi . . .” Biz sizdən bunun hansı ifadə olduğunu soruşmuruq, sadəcə Sabirin 1910-cu ildə yazdığı bu taziyanənin birinci misrasında kimin adının çəkildiyini deyin.
Cavab: Arximed
Şərh: Arşimed: bir nöqtə bulsaydım ona bilistinad / Qaldırardım cürmi-əzmi - söyləmişdir, leyk mən / Qaldırardım büsbütün İranı da, Turanı da / Kisəmə girsəydi ancaq bir beş-on yüz min tümən.
Mənbə: Mirzə Ələkbər Sabir. Sipəhdar deyir ki.

No comments: