30 June, 2008

Yeni fərdi oyun, ancaq gələn sezonda

Rüfətin yüngül əli ilə, ruslar demiş, Əxi-2008 adını almış FO demək olar ki, hazırdır. Dünən Vista komandası ilə sualları test elədik. İndi testin nəticələri əsasında suallara və mövzulara təshihlər edirəm. İlk öncə də suallarda ortaya çıxan bəzi çatışmazlıqları aradan qaldırıram. Bu çatışmazlıqlar hansıdır?

(a) Suallar asandan çətinə doğru düz düzülməyib, çox zaman sadə suallar nədənsə axıra düşüb.
(b) Bəzi suallar o qədər uzundur ki, oxuyanın yorulması bir kənara, dinləyən sonda nəyin soruşulduğunu yaddan çıxarır
(c) Suallar yeni gələnlər və aztəcrübəlilər üçün çətin olacaq
(d) Mövzular arasında ümümi və martiks mövzular azdır

İndi bəndənizin bu səhvləri aradan qaldırmaqla yanaşı, ağlına yeni bir fikir də gəlib. Əxi-2008(c)-in keçirilməsinə Vista komandasını da cəlb etmək. Dünən uşaqların mənə oxuduğu 14 mövzu məndə belə təəssürat yaratdı ki, mənim disbalanslı mövzularımı, məhz Vistanın mövzuları balanslaşdıra bilər. Çünki:

(a) Ümumi mövzular və matriks mövzular çoxdur və çox yaxşıdır
(b) İdman və müasir gündəlik həyatdan suallar çoxdur

İnşallah və inşa-şeytan, bu yay suallar üzərində redaktə işini başa çatdıraraq, gələn oyun sezonunda bu yarışı keçirə bilərik. Artıq oyuna rəsmi ad da fikirləşmişəm - "Payız kuboku".

No comments: