08 October, 2008

Yeni dövrə və yeni suallar

Sentyabrın 21-də Xəzər İntellektual Klubu yeni dövrəyə start verdi. I oyunu Sakit komandası, II oyunu Ciha və Fortuna, III oyunu Kipl komandası apardı. Tural başda olmaqla bütün komandamız etiraf edir - Sənansız oynamaq bizim üçün çətindir :((

Burada isə sizə Sentyabrın 28-də Xəzərdə oxuduğum suallarımı təqdim edirəm (cəmi dörd sual):

Sual: 1899-cu ilin son günü Sen-Malo yaxınlığındakı qəsrdə iki ingilis, bir rusiyalı və bir yapon qonaq süfrə arxasında nahar edirdi. Bu zaman ingilislərdən biri rusiyalı həmsöhbətindən Doktor Lind haqqında sual soruşdu. Bəs bundan əvvəl rusiyalı həmin ingilisdən kimin haqqında maraqlanmışdı?
Cavab: Professor Moriarti.
Şərh: Bu qonaqlar Şerlok Holms, Doktor Vatson, Erast Fandorin və Masa, Doktor Lind isə Fandorinin düşməni idi.
Mənbə: Boris Akunin. Qüllənin əsiri.

Sual: Ləqəb və təxəllüslərə həsr edilmiş bir televerilişdə o, Əjdər oldan soruşur: “Əjdər müəllim, bəs siz mənə hansı ləqəbi verədiniz?”. Təkhecalı ləqəblərin tərəfdarı olan Əjdər Ol isə deyir ki, ona İl ləqəbini verərdi. Niyəsini eşidən auditoriyada alqışlar səslənir. Bəs Əjdər Ol bu ləqəbi kimə vermək istəyirdi?
Cavab: Aygün Kazımovaya.
Şərh: Ay Gün İl.
Mənbə: Aygün Kazımovanın ATV telekanalında gedən verilişi.

Sual: “Simpsonlar” filmində Marc Simpson ayrı-ayrı vaxtlarda həvəskar toxuculuqla məşğul olarkən gözə dəyir. Birinci halda onun toxuduğu materialın üzərində “ev əziz ev”, Sprinqfild qübbənin altına salınandan sonra “qübbə əziz qübbə” yazılarını görmək olar. Bəs Simpsonlar Alyaskaya köçdükdən sonra Marcın toxuduğu materialda nə yazısı payda olur?
Cavab: Nom əziz Nom
Şərh: “Home Sweet Home”, “Dome Sweet Dome”, “Nome Sweet Nome”
Mənbə: “Simpsonlar” filmi

[Diqqət, aparıcıya – vacibdir ki, sual oxunan zaman sizin arxanızda ən azı bir nəfər dayanmış olsun, lakin çalışın ki, bunun suala aidiyyatı olması barəsində nə həmin şəxs, nə də oyunçular bilməsinlər. Şərti olaraq həmin şəxsi Filankəs adlandırıq.]
Sual:
Bu yaxınlarda Google özünün Chrome adlanan brauzerini ictimaiyyətə təqdim etdi. Brauzer sizə xüsusi inkoqnito pəncərədə işləmə imkanı verir ki, bu zaman sizin internetdə fəaliyyətinin kukilər və ya tarixdə qeydlər kimi kompüterdə heç bir iz buraxmadan baş verir. Lakin Xromun yaradıcıları hər ehtimala qarşı sizə aşağıdakılardan ehtiyatlı olmağı də xəbərdar edirlər:
(a) sizin haqqınızda informasiya toplayan və paylaşan saytlar;
(b) siz ziyarət etdiyiniz səhifələri qeyd edən internet xidməti provayderləri;
(c) havayı smayliklər əvəzində sizin klavyaturada yığdığınız mətnləri izləyən proqramlar;
(d) gizli agentlər tərəfindən aparılan kəşfiyyat.
Siyahıda sonuncu bənd isə nə qədər qəribə olsa da heç də informasiya texnologiyasına aid olmayıb, bu konkret halda məsələn Filankəsi bildirir. Siz isə sonuncu bəndi yazın.
Cavab: Arxanızda dayanan şəxslər.
Şərh: Onlar ekrana baxaraq sizin gördüyünüz işlərdən xəbərdar ola bilərlər.
Mənbə: Google Chrome-un inkoqnito pəncərəsindəki instruksiyalar.

No comments: