26 November, 2008

İkinci dövrədən suallar

9 Noyabr tarixində Xəzər klubunda oxunulan suallardan müəllifi mən olanları nəzərinizə çatdırıram:

Sual: XIX əsrin naməlum bir ili və naməlum bir günü Parisin Sen-Rok məhələsində kütlə naməlum səslər eşitdi. Birinci səs ümumi rəyə görə fransıza məxsus idi, ikinci səs barədə isə fikirlər fərqlənirdi. Bir hollanda görə bu səs fransıza, bir fransıza görə bu səs ispana, bir ispana görə bu səs ingilisə, bir ingilisə görə bu səs almana məxsus idi. Mən sizdən bu səsin sahibini soruşmuram, sizdən tələb olunan cəmi üç sözdən istifadə etməklə nə baş verdiyini cavab kartınıza yazmaqdır.
Cavab: “Morq küçəsində qətllər”
Şərh: Əslində bu səs şimpanze meymununa məxsus idi
Mənbə: Edqar Alan Po. Morq küçəsində qətllər.

Sual: Birinci daha çox bir qədim yunanın, ikincisi isə bir ingilisin adı ilə assosiyasiya edilir. Tabare ata ikincini təsvir edərkən ona “məlumdan naməluma” tərifini vermişdi, bir rusiyalı centlmen isə 1891-ci ildə Bristolda ona maddi gəlir gətirən kiçik bir hadisədən sonra başa düşmüşdü ki, sən demə birinci ilə də çörək pulu qazanmaq mümkündür. Həm birincinin, həm də ikincinin nə olduğunu müvafiq olaraq cavab kartınızda yazın.
Cavab: Deduksiya və induksiya
Şərhlər: Qədim yunan – Aristotel, ingilis – Şerlok Holms, rusiyalı centlmen – Erast Fandorin.

Sual: Diqqət sualda əvəzetmə var: Emil Qaborionun bir əsərində qoca markiza d’Arlanj məhkəmənin qərarından öz həmsöhbətinə şikayət edərək deyir: “sizin əcdadlarınız heç kim olublar, ona görə də lokomotiv onların başı üzərindən keçərək heç bir zərər yetirməyib. Kim bilir, bəlkə də siz bu lokomotivdən qazanmısınız. Amma d'Arlanj ailəsini lokomotiv hər şeydən məhrum edib”. “ Heyhat! Lokomotiv hələ gedir, o bizim hamımızın axırına çıxacaq!” Diqqət sual, biz hansı sözü lokomotiv sözü ilə əvəz etmişik.
Cavab: İnqilab
Şərhlər: İnqilablar – tarixin lokomotivləridir!
Mənbə: Emil Qaborio. Dul qadın Lerujun işi.

Sual: Port-Arturun mühasirəsi zamanı yaralanaraq hərbi horpitala düşən Əliağa Şıxlıinskiyə bir dəfə dostu ətli piroq və donuz əti göndərir. Şıxlınskinin palatasında onunla birlikdə 62 nəfərin yatdığını nəzərə alaraq, ətli piroqun və donuz ətinin müvafiq olaraq neçə yerə bölündüyünü tapın Cavab: 63, 61

Sual: 2008-ci ilin iyun ayında baş vermiş bir hadisəni şərh edən edən BBC müxbiri demişdi ki, X-in Y-i əksər hallarda İsveçrə bankındakı hesab kimi möhkəm olsa da, bu dəfə məhz İsveçrədə onun etdiyi səhv X-in məğlubiyyətinə səbəb oldu. Məsələdən hali olmayan adama X-in sadəcə Y-in cəm forması kimi görünə biləcəyini nəzərə alaraq, X-in Y-i ifadəsini ən dəqiq formada bərpa edin.
Cavab: Çexlərin Çexi

Sual: Hamıya tanış olan bu ifadəyə biz hətta Mateasın İncilinin 5-ci surəsinin 22 ayəsində də bizə tanış olan formada ona rast gəlirik. Tədqiqatlara görə bu ifadə öz mənşəyini qədim Yerusəlimin qala divarlardan kənarda yerləşən və şəhər üçün zibilxana funksiyası daşıyan dərənindən adından götürüb. Siz isə bu dərəsinin bir xüsusiyyətini tapmışsınızsa, onda həmin ifadəni cavab kağızınıza yazmaqda çətinlik çəkməzsiniz.
Cavab: Cəhənnəm və ya Cəhənnəmdə yanmaq
Şərhlər: Hinnom dərəsi (ibricə Gey-hinnom) yəni CƏHƏNNƏM. Gigeyenik məqsədlərlə burada daima alovlar yanırdı deyə, bura Cəhənnəmim simvolu kimi işlədilirdi

Sual: Amerika Psixologiya Assosiasiyası tədqiqatlar zamanı buna yalnız o halda icazə verir ki, bu, öyrənilənlərin davranışındakı təbiiliyi saxlamaq üçün zəruridir. Corc Oruel isə yazırdı ki, Marşal Peten əsl vətənpərvər idi, Sovet mətbuatı dünyanın ən azad mətbuatıdır, Katolik kilsəsi təqiblərə qarşıdır kimi cümlələr az qala həmişə bu məqsədlə işlədilir. Bu nədir?
Cavab: Aldatmaq
Mənbə: APA. Ethical principles of psychologists and code of conduct; Corc Oruell. Siyasət və İngilis dili.

No comments: