24 July, 2009

BarBuda turniri də belə bitdi!

19 iyul 2009, Şahmat klubu özünün bütün imkanlarından istifadə edərək 20-dən çox komandanın beyin mücadiləsi üçün - BarBuda turnirinə ev sahibliyi etdi. Oyun çox isti və gərgin keçdi - isti olmasına səbəb içəridəki basabas və "kondisionerlərin" zəif işləməsi, gərgin olmasına səbəb isə sualların ya çoxluq tərəfindən tapılması, ya da heç kim tərəfindən tapılmaması idi.

45 sualdan 30-nu götürən Dream-Team [komandası] turnirin qalibi oldu.

Sual müəlliflərindən biri Türyanın maraqlandığı kimi, suallar lap bərbad olmasa da, bərbad idi, ancaq turnir köhnə dostları bir yerə yığması baxımından əla tədbir idi.

19 July, 2009

Barbuda!!!

Bu gün günorta saat 12-də Azərbaycan prospektindəki Şahmat Klubunda Xəzər İntellektual Klubunun iki oyunçusu - hal-hazırda Barselonada təhsil alan Türyan və Budapeştdə təhsil alan Məmməd maraqlı Nə? Harada? Nə zaman? turniri keçirəcəklər. Sualların sayını düzü bilmirəm, amma turnir Barselona və Budapeştin şərəfinə Barbuda adlanır.

İnşallah, bir problem çıxmasa turnirdə mən də iştirak edəcəm, təbii ki ənənəvi komandamızın tərkibində - özü də nəzərə alın ki, bu bir il müddətində oyundan kənarda qalan Sənan da artıq qayıdıb və gəlir qanınızı içməyə! Turalın da sevincinin həddi-hüdudu yoxdu.

07 June, 2009

Xəzər klubu tətildə

Yenə yay gəldi - deməli, Xəzər klubu tətilə çıxır. Bu ilin sentyabr ayının ortalarına kimi Xəzər klubu öz dövrə oyunlarını dayandırır.

Açığını desək, 2008-2009 mövsümü Xəzər klubu üçün çox da məhsuldar olmadı. Üzvlərun bir qismi əsgərliyə getdi, digər qismi xaricə oxumağa. Bununla belə, Xəzər bir neçə turnir keçirməyə nail oldu, o cümlədən Fərdi oyun üzrə açıq çempionatın ilk iki turunu.

İnşallah, bu sentyabr ayında görüşənədək. Yəqin ki görüş yerimiz yenə də Slavyan Universiteti olacaq. Bloqu isə izləyin, bloggerlərin tətili olmur :)

01 June, 2009

Turnirin adını tapdım :)

Bir az əvvəl yazmışdım ki, mayın 23-də bir Nə? Harada? Nə zaman? turnirində iştirak etmişdim və turnirdən şəkilləri bloqa vurmuşdum - bununla belə, turnirin adını heç özüm də bilmirdim :)

Uzun axtarışlardan sonra, nəhayət ki tapdım:

29 May, 2009

Xəzərin son turnirindən şəkillər

Mayın 23-də Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyi özünün növbəti turnirini keçirdi. Vallah, turnirin adı yadıma gəlmir (heç deyəsən bilmirdim də - Tural zəng eləyib demişdi: "turnirdi, gələrsən").

Qalıb komanda Pentakl oldu. Rüfət Abdulla başına bir dəstə yığıb kuboku bu dəfə apara bildi. Təbriklər! Bizə isə həmin turnirdən bəzi şəkilləri post eləmək qalır. Şəkillərin keyfiyyətinə görə üzrlər, kameram 1,3 meqapikseldir :)

19 May, 2009

Verilişi gözlə və baxma!

Sizə demişdim ki, baş tutarsa, bu yaxınlarda ilk azərbaycandilli Nə? Harada? Nə zaman? teleoyununa baxa biləcəksiniz, harada ki, mən də oynayıram. Sonra da xəbər vermişdim ki, oyun iki dəfə təxirə salınıb. Sözün düzü mən özüm də mayın 15-ində verilişə baxmaq istəyirdim, amma deyir sən saydığını say, gör fələk nə sayır...

Seymur (kapitanımız) qoydu ki? Zəng edib deyir ki, ayın 15-i sroçnu şəkildə Space TV-də ol, yeni mövsümün açılışıdı, ilk oyunudu. Bizim oyunu da Tural yazacaq, ordan baxarsan. Gedib görürəm heç özü gəlməyib, allah bilir oturub evdə, rahat-rahat verilişə baxırmış. Biz də - mən, Oktay və Orxan Space TV-də "massovka"lıq eləyirik!!!

Evdə deyirlər ki, o necə kapitandı, az qalmışdı sizi uduzdursun?

10 May, 2009

Biliklər yenilənir

Biliklər daim yenilənir - dünən fakt olan hadisə, bu gün səhv məlumat olur. Ona görə də sual yazan şəxslər xüsusilə son yenilikləri izləməlidirlər.

Dəyişən biliklər və faktlar barəsində Xəzərin forumundakı bu rubrikamı oxuyun:
Tazə xəbərlər, və ya biliklər yenilənir

Teleoyun təxirə salınır

Nə? Harada? Nə zaman? üzrə Azərbaycan dilində ilk teleoyun bildiyiniz kimi mayın 1-i efirə getməli idi, lakin artıq iki dəfə təxirə salınmışdır. İlk olaraq Neft Akademiyasında aprelin 30-u hadisələrinə görə, ikinci dəfə isə may ayının 8-nə, Şuşanın işğalı gününə düşdüyünə görə. Allah bütün ölənlərə rəhmət eləsin, xüsusən də Neft Akademiyasında həyatdan nakam köçmüş gənc terror qurbanlarının ruhu şad olsun.

Bizim oyun mayın 15-nə qalıb - atalar üçdən deyib, inşallah bu dəfə alınar.

31 March, 2009

Azərbaycan dilində ilk televiziya oyunu

İnşallah, əgər işlər nəzərdə tutulduğu kimi alınsa, bu ilin may ayının birində ilk azərbaycandilli Nə? Harada? Nə zaman? teleoyununa baxa biləcəksiniz. İlk komandanın tərkibində mən də varam.

28 March, 2009

Gecikmiş post

Mən hələ Xəzərin Fərdi Oyun üzrə Açıq Çempionatının Qış turunun nəticələri haqqında yazmalı idim! Görün bu post nə qədər gecikib ki, artıq Yaz turunun da qalibi məlumdur!!!

19 January, 2009

Turnir üçün ad

Sizə Fərdi Oyun üzrə yeni turnir keçirəcəyimi demişdim, qalmışdı ad məsələsi, onu da uşaqlar fikirləşib tapdılar. Dedilər ki, gəl sən bunu havayıdan keçirmə, bu olsun Xəzərin Fərdi Oyun üzrə 2009-cu il Açıq Çempionatının I (Qış) turu, Fədai yaz, Elşən yay, Orxan da payız turlarını keçirər, sonda da olar Masters-2009. Nə deyirəm, oyunçu aparsın.

Turnirin full adı: 
Xəzərin Fərdi Oyun üzrə  2009-cu il Açıq Çempionatının I (Qış) turu. (FOXAÇ 2009)

Növbəti fərdi oyun

Əgər imkan olsa, fors-major heç nə baş verməsə, yəqin ki bu həftə, yanvarın 24-ü növbəti fərdi oyun olacaq. Suallar mənimdir, finalda 18, yarımfinalda 12, seçimlərdə isə hər üç üçlüyə 6 mövzu planlaşdırılır. Oyun hamı üçün açıqdır, bircə keçmiş və indiki Vista komandasının üzvlərindən başqa (onlar sualları test ediblər). İştirak haqqı 1 AZN. Fond yalnız birinci yer üçün hədiyyə nəzrədə tutur. Artıq pullar (əgər qalsa) Xəzərin büdcəsinə keçəcək. Mövzular yayğındır, xüsusi mövzular demək olar ki yoxdur. 

Turnirin keçirilməsi 2008-in axırlarına planlaşdırılan zaman nəzərdə tutulmuşdu ki, adı Əxi-2008 olsun, Masters-2008-ə antipod kimi. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən turnir gecikdiyindən, adı da dəyişəcək təbii ki. Hələlik ad fikirləşməmişəm, amma şərti olaraq "Slavyan bazarı turniri" adlandırıram.

We are the champions

Komandamız yanvarın 10-da keçirilmiş Nə? Harada? Nə zaman? üzrə çağırış kubokunun qalibi oldu. Təbriklər bütün komanda üzvlərinə!