19 January, 2009

Turnir üçün ad

Sizə Fərdi Oyun üzrə yeni turnir keçirəcəyimi demişdim, qalmışdı ad məsələsi, onu da uşaqlar fikirləşib tapdılar. Dedilər ki, gəl sən bunu havayıdan keçirmə, bu olsun Xəzərin Fərdi Oyun üzrə 2009-cu il Açıq Çempionatının I (Qış) turu, Fədai yaz, Elşən yay, Orxan da payız turlarını keçirər, sonda da olar Masters-2009. Nə deyirəm, oyunçu aparsın.

Turnirin full adı: 
Xəzərin Fərdi Oyun üzrə  2009-cu il Açıq Çempionatının I (Qış) turu. (FOXAÇ 2009)

Növbəti fərdi oyun

Əgər imkan olsa, fors-major heç nə baş verməsə, yəqin ki bu həftə, yanvarın 24-ü növbəti fərdi oyun olacaq. Suallar mənimdir, finalda 18, yarımfinalda 12, seçimlərdə isə hər üç üçlüyə 6 mövzu planlaşdırılır. Oyun hamı üçün açıqdır, bircə keçmiş və indiki Vista komandasının üzvlərindən başqa (onlar sualları test ediblər). İştirak haqqı 1 AZN. Fond yalnız birinci yer üçün hədiyyə nəzrədə tutur. Artıq pullar (əgər qalsa) Xəzərin büdcəsinə keçəcək. Mövzular yayğındır, xüsusi mövzular demək olar ki yoxdur. 

Turnirin keçirilməsi 2008-in axırlarına planlaşdırılan zaman nəzərdə tutulmuşdu ki, adı Əxi-2008 olsun, Masters-2008-ə antipod kimi. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən turnir gecikdiyindən, adı da dəyişəcək təbii ki. Hələlik ad fikirləşməmişəm, amma şərti olaraq "Slavyan bazarı turniri" adlandırıram.

We are the champions

Komandamız yanvarın 10-da keçirilmiş Nə? Harada? Nə zaman? üzrə çağırış kubokunun qalibi oldu. Təbriklər bütün komanda üzvlərinə!