29 May, 2009

Xəzərin son turnirindən şəkillər

Mayın 23-də Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyi özünün növbəti turnirini keçirdi. Vallah, turnirin adı yadıma gəlmir (heç deyəsən bilmirdim də - Tural zəng eləyib demişdi: "turnirdi, gələrsən").

Qalıb komanda Pentakl oldu. Rüfət Abdulla başına bir dəstə yığıb kuboku bu dəfə apara bildi. Təbriklər! Bizə isə həmin turnirdən bəzi şəkilləri post eləmək qalır. Şəkillərin keyfiyyətinə görə üzrlər, kameram 1,3 meqapikseldir :)

19 May, 2009

Verilişi gözlə və baxma!

Sizə demişdim ki, baş tutarsa, bu yaxınlarda ilk azərbaycandilli Nə? Harada? Nə zaman? teleoyununa baxa biləcəksiniz, harada ki, mən də oynayıram. Sonra da xəbər vermişdim ki, oyun iki dəfə təxirə salınıb. Sözün düzü mən özüm də mayın 15-ində verilişə baxmaq istəyirdim, amma deyir sən saydığını say, gör fələk nə sayır...

Seymur (kapitanımız) qoydu ki? Zəng edib deyir ki, ayın 15-i sroçnu şəkildə Space TV-də ol, yeni mövsümün açılışıdı, ilk oyunudu. Bizim oyunu da Tural yazacaq, ordan baxarsan. Gedib görürəm heç özü gəlməyib, allah bilir oturub evdə, rahat-rahat verilişə baxırmış. Biz də - mən, Oktay və Orxan Space TV-də "massovka"lıq eləyirik!!!

Evdə deyirlər ki, o necə kapitandı, az qalmışdı sizi uduzdursun?

10 May, 2009

Biliklər yenilənir

Biliklər daim yenilənir - dünən fakt olan hadisə, bu gün səhv məlumat olur. Ona görə də sual yazan şəxslər xüsusilə son yenilikləri izləməlidirlər.

Dəyişən biliklər və faktlar barəsində Xəzərin forumundakı bu rubrikamı oxuyun:
Tazə xəbərlər, və ya biliklər yenilənir

Teleoyun təxirə salınır

Nə? Harada? Nə zaman? üzrə Azərbaycan dilində ilk teleoyun bildiyiniz kimi mayın 1-i efirə getməli idi, lakin artıq iki dəfə təxirə salınmışdır. İlk olaraq Neft Akademiyasında aprelin 30-u hadisələrinə görə, ikinci dəfə isə may ayının 8-nə, Şuşanın işğalı gününə düşdüyünə görə. Allah bütün ölənlərə rəhmət eləsin, xüsusən də Neft Akademiyasında həyatdan nakam köçmüş gənc terror qurbanlarının ruhu şad olsun.

Bizim oyun mayın 15-nə qalıb - atalar üçdən deyib, inşallah bu dəfə alınar.