29 May, 2009

Xəzərin son turnirindən şəkillər

Mayın 23-də Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyi özünün növbəti turnirini keçirdi. Vallah, turnirin adı yadıma gəlmir (heç deyəsən bilmirdim də - Tural zəng eləyib demişdi: "turnirdi, gələrsən").

Qalıb komanda Pentakl oldu. Rüfət Abdulla başına bir dəstə yığıb kuboku bu dəfə apara bildi. Təbriklər! Bizə isə həmin turnirdən bəzi şəkilləri post eləmək qalır. Şəkillərin keyfiyyətinə görə üzrlər, kameram 1,3 meqapikseldir :)

Suallar qurtaqdıqdan sonra, təşkilatçılar bu "vışıbala"nı qapıya qoydular ki, heç kim zalı tərk etmək cürətində olmasın.
Bizim kapitanımız Tural və komandanın oyunçusu Rusif

Leylanın deyəsən kefi yoxdur - uduzmuşuq...


Bu şəkili çəkəndən sonra Ramil deyir ki, ver baxım görüm necə düşmüşəm :)
Bu da mən...

Rüfət və kapitanlıq etdiyi Pentakl komandası


Məhərrəm paketi qurdalayır görsün nə hədiyyə veriblər - hər adamın işi deyil ha ikinci oyundaca qalib olsun!

1 comment:

Cihad mücahidi said...

Şəkillər əladır. Emosiya var, emosiya! Öz şəklimə baxıb Səməd Vurğunun bir misrasını təhrif edərək demək istərdim. "Erudit nə tez qocaldın sən."