24 July, 2009

BarBuda turniri də belə bitdi!

19 iyul 2009, Şahmat klubu özünün bütün imkanlarından istifadə edərək 20-dən çox komandanın beyin mücadiləsi üçün - BarBuda turnirinə ev sahibliyi etdi. Oyun çox isti və gərgin keçdi - isti olmasına səbəb içəridəki basabas və "kondisionerlərin" zəif işləməsi, gərgin olmasına səbəb isə sualların ya çoxluq tərəfindən tapılması, ya da heç kim tərəfindən tapılmaması idi.

45 sualdan 30-nu götürən Dream-Team [komandası] turnirin qalibi oldu.

Sual müəlliflərindən biri Türyanın maraqlandığı kimi, suallar lap bərbad olmasa da, bərbad idi, ancaq turnir köhnə dostları bir yerə yığması baxımından əla tədbir idi.

19 July, 2009

Barbuda!!!

Bu gün günorta saat 12-də Azərbaycan prospektindəki Şahmat Klubunda Xəzər İntellektual Klubunun iki oyunçusu - hal-hazırda Barselonada təhsil alan Türyan və Budapeştdə təhsil alan Məmməd maraqlı Nə? Harada? Nə zaman? turniri keçirəcəklər. Sualların sayını düzü bilmirəm, amma turnir Barselona və Budapeştin şərəfinə Barbuda adlanır.

İnşallah, bir problem çıxmasa turnirdə mən də iştirak edəcəm, təbii ki ənənəvi komandamızın tərkibində - özü də nəzərə alın ki, bu bir il müddətində oyundan kənarda qalan Sənan da artıq qayıdıb və gəlir qanınızı içməyə! Turalın da sevincinin həddi-hüdudu yoxdu.